BURADA REKLAMINIZ OLA
BİLƏR

Binəqədidə obyektdə baş verən yanğın tam söndürüldü - VİDEO - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.

 

Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1600kv.m olan anbar 650kv.m sahədə yanıb.

 

Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.

***

 

15:22

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Bu barədə Pravda.az-a FHN-dən bildirilib.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

 

 

Tarix: 20 Aprel 2025, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin