BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməliyyatsız cavanlaşmaq istəyənlərin DİQQƏTİNƏ

Son dövrlər yaşlanma əlamətlərinin aradan qaldırılması üçün əməliyyatsız üsullara maraq artır.


Pravda.az bildirir ki, estetik görünüşə önəm verən, lakin cərrahi müdaxilədən çəkinən şəxslər üçün müasir texnologiyalar yeni imkanlar yaradır.


Bir çox insanın qarşılaşdığı ümumi problemlərdən biri olan yaşlanma əlamətlərinin görünməyə başlaması təkcə estetik narahatlıq yaratmır, həm də psixoloji narahatlıqlara səbəb ola bilər. Texnologiyanın və plastik cərrahiyyə sahəsindəki inkişafın nəticəsində yaşlanma izlərini aradan qaldırmaq üçün effektiv üsullar tətbiq olunur. Üzünü gərmək istəyən, lakin əməliyyatdan qorxan şəxslərin ən çox üstünlük verdiyi üsullardan biri olan əməliyyatsız üz gərmədir.


Scarlet nədir? (əməliyyatsız üz gərmə)


Bu, fraksional mikro iynəli radiofrekans cihazıdır və əməliyyatsız üz cavanlaşdırmada istifadə edilən son texnologiyalardan biridir. Xüsusi dizayn edilmiş mikro iynələr vasitəsilə dərinin altındakı kollagen lifləri elektrikli siqnallarla stimullaşdırılır və dərinin yenilənməsi təmin olunur. Bu üsul dəridəki bir çox problemi əməliyyata ehtiyac olmadan praktiki şəkildə aradan qaldırır. Əməliyyatlı müalicə üsullarına görə daha qənaətlidir, sağalma müddəti qısadır, ağrısızdır və müalicənin uğurlu nəticə verməsi əsas üstünlüklərindən sayılır.


Əməliyyatsız üz gərmə üsulu hansı hallarda istifadə olunur


Dərinin gərilməsi

Cavanlaşdırma

Elastiklik itkisi (sıxlaşdırma)

İzlərin müalicəsi

Sızanaq və sızanaq izlərinin aradan qaldırılması

Dəri tonu fərqlərinin aradan qaldırılması

Üz və çənə xəttinin müəyyənləşdirilməsi

Boyun və qıdı bölgəsinin toparlanması

Dəri ləkələrinin müalicəsi

Dəri çatlarının aradan qaldırılması

Yağ ifrazının tənzimlənməsi

Qol sallanmalarının müalicəsi

Bədənin ümumi sıxlaşdırılması


Kimlər bu müalicəni etdirə bilər


Əməliyyatsız üz gərmə həm qadın, həm kişi fərq etmədən tətbiq edilə bilər. Lakin qadın və kişi dəriləri fərqli olduğuna görə prosedurlar da fərqli icra olunur. Bəzi hallarda dərinin yaşlanması və deformasiyası yaşla əlaqəli olmur. Genetik faktorlar, xarici təsirlər, istifadə olunan məhsullar və anatomiya dərinin erkən yaşlanmasına səbəb olur. Bu səbəbdən 16 yaşdan yuxarı hər kəs bu proseduru etdirə bilər.


Prosedur ağrılıdırmı və nə qədər vaxt aparır


Prosedurdan əvvəl tətbiq olunan lokal anestezik krem sayəsində ağrı minimal səviyyədə olur. Tətbiq boyun, yanaq, göz ətrafı və alın kimi bölgələrə edilir. Prosedur təxminən 40 dəqiqə davam edir.
 

Prosedurdan sonra nə edilməlidir
 

Əməliyyatdan sonra dəridə yüngül qızartılar müşahidə oluna bilər. Bu qızartılar bir neçə saat ərzində azalır. Prosedur istiliklə aparıldığından dəridə quruluq yarana bilər. Bu səbəbdən müalicədən sonra günəşdən qoruyucu və nəmləndirici kremlərin istifadəsi tövsiyə olunur. Dərini soyucu və pilinq effektli məhsullardan bir neçə gün istifadə edilməməlidir. Ertəsi gün normal həyatınıza qayıda bilərsiniz.


Prosedur nə qədər tez-tez və neçə seans aparılır


Scarlet tətbiqi dərinin vəziyyətinə uyğun olaraq bir neçə seans şəklində həyata keçirilir. Seanslar ayda bir dəfə olmaqla 3 dəfə aparılır. Təsiri 1–1,5 il davam edir, çünki yaşlanma davam edən bir prosesdir.


Digər prosedurlarla birgə necə tətbiq olunmalıdır


Radiofrekans prosedurundan sonra botoks və dolğu kimi digər estetik müdaxilələrin aparılması üçün bir neçə həftə gözləmək tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 21 Aprel 2025, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin