BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətin pulunu mənimsəyən ekspeditor məhkəmə zalından həbs edildi

Siyəzən Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nihad Mayılovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəylər Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub.

 

İttihama görə, Nihad Mayılov qida və qeyri-qida məhsullarının idxalı və satışı ilə məşğul olan MMC-lərin birində satış təmsilçisi (ekspeditoru) vəzifəsində işləyib. O, Siyəzən rayonunun ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə satılması üçün 02 mart 2022ci il tarixdən 01 avqust 2023-cü il tarixədək olan müddət ərzində, öz sifarişi ilə şirkətin Quba rayonunda yerləşən anbarından qida və qeyri-qida məhsullarını təhvil alıb. Sonra Nihad həmin məhsulları Siyəzən rayonunun ərazisindəki MMC ilə ticarət münasibətlərində olan obyektlərə sataraq əldə olunmuş 31 235,93 manat məbləğində pulu mənimsəyib.

 

Kamal Məmmədov

Tarix: 21 Aprel 2025, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin