BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməyin mühafizəsi qaydalarını pozan “Azərişıq” ASC-nin vəzifəli şəxsinin bəraət hökmü ləğv edildi

Bakı Apellyasiya Məhkəməsində əməyin mühafizəsi qaydalarını pozmada təqsirləndirilən Samir Həsənov və Saleh Babayevin (hər ikisinin ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti təmin edilib, Samir Həsənovun bəraət verilməsinə dair Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli hökmü ləğv olunub. O, Cinayət Məcəlləsinin 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2000 manat cərimə cəzası təyin edilib.

 

İttihama görə, “Azərişıq” ASC-nin Maştağa ETSİ-nin İstismar şöbəsində baş növbətçi vəzifəsində işləyən zərərçəkmiş İ.Quliyev 2023-cü ildə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttini təmir edən zaman naqil qırılıb. Bu zaman onu elektrik cərəyanı vurub. Nəticədə sol əlin II, III, IV və V barmaqları amputasiya edilib və bədəninin müxtəlif nahiyələri yanıb. Hadisədən sonra 2021-2024-cü illərdə Maştağa ETSİ-nin İstismar şöbəsinin rəisi işləmiş Samir Həsənov və həmin şöbənin baş mühəndisi Saleh Babayev cinayət məsuliyyətinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Samir Həsənova bəraət verilmişdi. Saleh Babayevə isə 2000 manat cərimə cəzası təyin edilmişdi.

 

Kamal Məmmədov

Tarix: 21 Aprel 2025, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin