BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi biletlərin hazırlanmasına yarım milyondan çox vəsait nəzərdə tutulsa da, tender reallaşmadı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi biletlərin hazırlanması üzrə mətbəə-çap məhsullarının alınması ilə əlaqədar elan etdiyi tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderin ümumi dəyəri 566 695 AZN olub.

 

Cabir Həsənov

Tarix: 21 Aprel 2025, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin