BURADA REKLAMINIZ OLA
BİLƏR

Bahar allergiyasından qorunmanın YOLLARI

Yazın gəlişi ilə təbiət canlanır, hava isinir və insanlar açıq havada daha çox vaxt keçirməyə başlayır. Lakin allergiyası olanlar üçün bu fəslin gətirdiyi gözəlliklər bəzən çətinliklərə çevrilir. Çünki havada yayılan polenlər allergik əlamətlərin artmasına səbəb olur.


Pravda.az bahar allergiyası və ondan qorunma yolları barədə məlumatları təqdim edir:


Bahar allergiyası nədir?


Mövsümi allergiyalar arasında yer alan bahar allergiyası – daha çox polenlərin artması ilə meydana çıxan və allergik rinit kimi tanınan sağlamlıq problemidir. Mövsüm keçidlərində polenlərlə yanaşı, toz hissəcikləri, gənələr, kif göbələkləri və bəzi heyvanlar da allergiyanın şiddətlənməsinə səbəb olur. Bu maddələr allergiyaya meyilli insanların burnuna yerləşərək qeyri-mikrob mənşəli iltihab yaradır.


Allergik reaksiyalar necə baş verir?


Allergik əlamətlərin yaranması bədənin immun sisteminin yad maddələrə qarşı verdiyi cavabla başlayır. Orqanizm allergeni tanıdıqda ona qarşı antikor göndərir. Antikor və alergen arasındakı qarşılıqlı təsir nəticəsində qanda bəzi kimyəvi maddələr ifraz olunur və bu maddələr allergik əlamətləri ortaya çıxarır.


Bahar allergiyasının əlamətləri:


Burun axması

Gözlərdə qaşınma

Asqırma

Damaq, burun və geniz nahiyəsində qaşınma

Burun tutulması

Üzdə ağırlıq hissi

Sinuslarda ağrı

Qoxu və dad bilmədə azalma

Gözaltında şişlik və qaralma


Kimlər daha çox təsirlənir?


Bahar allergiyası ən çox ətraf mühitdəki allergenlərə qarşı həssaslığı olan insanlarda görülür. Həmçinin bu problem genetik olaraq valideynlərdən uşaqlara keçə bilər. Əgər yalnız ana və ya ata allergikdirsə, uşağın allergik olma ehtimalı 30%, hər iki valideyn allergikdirsə bu risk 60%-ə qədər yüksəlir. Uşağın baharda doğulması, kişi cinsindən olması və erkən yaşlarda siqaret tüstüsünə məruz qalması da riski artırır.


Ən çox allergiyaya səbəb olan bitkilər:


Küləklə polen yayan kol və ağaclar

Cənub bölgəsindəki sərv ağacları

Toros dağlarındakı ardıc

Porsuq, fındıq, zeytun, tut və çinar ağacları

Qayın, söyüd və qoz ağacı

Kuzukulağı və papatya


Uşaqlarda bahar allergiyası daha ağır keçir


Göz, burun və ağciyərlərdə iltihaba səbəb olan bahar allergiyası uşaqlarda daha güclü təsir göstərə bilər. Çünki onların bu orqanları daha həssasdır. Alergiyası olan uşaqların paltarları ətirsiz təmizləyicilərlə yuyulmalı, evdə də eyni qaydaya əməl olunmalıdır.


Qorunma yolları

Ağızla deyil, burunla nəfəs almaq

Polenlərin çox olduğu günlərdə açıq havada az qalmaq

Evdən çıxarkən gün eynəyi taxmaq

Çöldən gələndə üz və burun su ilə yuyulmalı

Əlamətlər olduqda həkimə müraciət etməklə mütəmadi nəzarət

Evə gələndə paltarı dəyişmək və duş almaq

Bol su və meyvə şirələri qəbul etmək

Zərurət olmadıqca kondisionerdən istifadə etməmək

Paltarları ətirsiz yuyucu ilə yumaq və evdə ətirsiz məhsullardan istifadə etmək


Bu tədbirlərə baxmayaraq əlamətlər davam edərsə, mütləq həkimə müraciət edilməli və uyğun allergiya müalicəsi tətbiq olunmalıdır.


Əminə Bayramova 

Tarix: 21 Aprel 2025, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin