BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmalə Hümbətovaya vəzifə verildi

Azərbaycan Auditorlar Palatası Şurasına (AAP) yeni üzv seçilib.

 

Bu barədə Palatadan bildirilib. Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən maliyyə nazirinin müavini Azər Bayramovun 2025-ci il 17 aprel tarixli məktubuna əsasən Kəmalə Cəlal qızı Hümbətova Azərbaycan Auditorlar Palatası Şurasının üzvlüyünə Maliyyə Nazirliyinin nümayəndəsi qismində seçilib. Bu barədə Auditorlar Palatasının sədri əmr imzalayıb. Bununla da Şura üzvlərinin sayı 7-yə çatıb.

 

Qeyd edək ki, Kəmalə Hümbətova Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Təşkilatlarda uçot siyasəti sektorunun müdiridir.

Tarix: 22 Aprel 2025, 18:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin