BURADA REKLAMINIZ OLA
BİLƏR

Kaya Kallasın Azərbaycana səfər proqramı məlum oldu

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfər proqramı məlum olub.

 

Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən verilən məlumata görə, 25 aprel tarixində Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Bakı şəhərində olacaq.

 

Bildirilib ki, Ali Nümayəndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşəcək.

 

Həmçinin, Kallas Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ilə də görüş keçirəcək. Görüşdən sonra mətbuat üçün açıqlamalar veriləcək.

 

Günün ikinci yarısında isə Kaya Kallasın Gənc Avropa Səfirləri ilə görüşü nəzərdə tutulub.

 

APA

Tarix: 22 Aprel 2025, 21:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin