BURADA REKLAMINIZ OLA
BİLƏR

Benzin yüksək təzyiqlə vurulanda 1-2 litr kəsilir? - VİDEO

Son günlər sosial şəbəkədə sürücülər məntəqələrdə yanacağın aşağı təzyiqlə vurulmasını tələb etdiklərini bildiriblər.

 

Bəs yanacaq sürətlə vurulanda həqiqətənmi çən köpüklə dolur?

 

Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, avtomobillərin yanacaq sistemləri üzrə mütəxəssis Pərviz İsmayılov bildirib ki, görüntülər yanacaqdoldurma avadanlığının reklamı ilə bağlı çəkilib.

 

Yəni "yanacaq yüksək təzyiqlə vurularsa, çənə daha az yanacaq dolar" yanaşması reallığı əks etdirmir.

 

İddialardan biri də yanacağın doldurulma sürətinin çəndəki çöküntüləri qaldırması ilə bağlıdır.

 

Bildirilib ki, bu həm də avtomobilin yanacaq sisteminə ciddi ziyan vurur.

 

Pərviz İsmayılovun sözlərinə görə, yanacağın doldurulma sürəti əksər avtomobillərdə çəndəki çöküntüləri qaldıracaq səviyyədə olmur. Buna səbəb isə avtomobilin yanacaq sisteminin quruluşudur.

 

Mütəxəssis onu da əlavə edib ki, yanacaqların təmizliyi "YDM"lərin qurğularındakı süzgəclərin vaxtında dəyişdirilməsindən asılıdır.

 

Ətraflı süjetdə:

 

 

 

Tarix: 23 Aprel 2025, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin