“Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşdır. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 33 il keçir. Bu illər ərzində əlaqələrimiz qarşılıqlı etimad əsasında inkişaf edib. Bu gün Azərbaycan Çinlə, demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Ümumilikdə, Azərbaycan-Çin əlaqələrinin tarixi qədim İpək Yolundan başlayır. Hələ 2500 il bundan öncə qədim İpək Yolu vasitəsilə iki ölkə arasında ticari və mədəni əlaqələr mövcud olub”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
“Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. Həmçinin “Bir kəmər, bir yol” layihəsi əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət kəsb etdi. 2019-cu ildə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan iştirak edən yeganə dövlət başçısı Prezident İlham Əliyev olub. Təbii ki, bu dövlətimizin başçısına olan yüksək etimaddan irəli gəlirdi. Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişaf əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin milli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanın dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir. Hazırda ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verilir. Cənab Prezident İlham Əliyevin Çinin Sinxua Agentliyinə verdiyi müsahibə zamanı qeyd etdiyi kimi, ikitərəfli münasibətlərin dərinləşməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sənaye sahələri, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq edir. Son illərdə Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb. Bu saziş ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək. Qeyd edim ki, vizanın ləğvi turizm sahəsində əlaqələrə də müsbət şəkildə təsir edəcək. Qarşılıqlı turist axını dinamik şəkildə artacaq. Statistik məlumatlara görə, keçən il Azərbaycana gələn Çin turistlərinin sayında əhəmiyyətli artım qeydə alınıb. Bunun başlıca səbəbi Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizanı ləğv etməsi idi. Son iki ildə Azərbaycan və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi tarixdə bir ilkdir. Dövlət başçılarının imzaladığı Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdıracaqdır”, deputat bildirib.
Aytəkin Qardaşova
13 May 07:27
13 May 07:25
13 May 07:22
13 May 07:20
13 May 06:57
13 May 00:24
13 May 00:01
12 May 23:50
12 May 23:46
12 May 23:36
12 May 23:34
12 May 23:31
12 May 22:55
12 May 21:37
12 May 20:37
12 May 20:28
12 May 20:26
12 May 20:05
12 May 19:59
12 May 18:57
12 May 18:54
12 May 18:36
12 May 18:31
12 May 18:01
12 May 17:13
12 May 16:55
12 May 16:53
12 May 16:41
12 May 16:35
12 May 16:29
12 May 16:23
12 May 16:08
12 May 15:58
12 May 15:49
12 May 15:40
12 May 15:36
12 May 15:31
12 May 15:25
12 May 15:10
12 May 14:56
12 May 14:39
12 May 14:30
12 May 14:20
12 May 14:07
12 May 13:35
12 May 13:29
12 May 13:28
12 May 13:27
12 May 13:26
12 May 13:23
12 May 13:20
12 May 13:17
12 May 13:11
12 May 13:07
12 May 13:02
12 May 12:56
12 May 12:37
12 May 12:24
12 May 12:21
12 May 12:19
12 May 12:12
12 May 11:52
12 May 11:44
12 May 11:41
12 May 11:37
12 May 11:34
12 May 11:25
12 May 11:21
12 May 11:08
12 May 10:56
12 May 10:18
12 May 10:14
12 May 10:12
12 May 10:09
12 May 10:08
12 May 10:06
12 May 09:28
12 May 09:19
12 May 09:00
12 May 08:55
12 May 08:45
12 May 08:39
12 May 08:38
12 May 08:36
12 May 08:26
12 May 08:21
12 May 08:19
12 May 08:15
12 May 08:12
12 May 08:09
12 May 07:16
12 May 07:08
12 May 07:06
12 May 02:23
12 May 02:22
12 May 02:20
12 May 02:17
11 May 23:53
11 May 22:24
11 May 22:15
11 May 20:57
11 May 20:49
11 May 20:46
11 May 20:06
11 May 19:47
11 May 19:45
11 May 18:44
11 May 18:39
11 May 18:36
11 May 18:18
11 May 18:13
11 May 18:11
11 May 17:30
11 May 17:23
11 May 17:21
11 May 17:10
11 May 17:00
11 May 16:30
11 May 15:51
11 May 15:11
11 May 14:21
11 May 13:19
11 May 13:15
11 May 13:12
11 May 13:11
11 May 13:10
11 May 13:08
11 May 12:58
11 May 12:11
11 May 10:27
11 May 10:24
11 May 10:22
11 May 10:20
11 May 10:19
11 May 10:16
11 May 10:15
11 May 10:04
11 May 10:02
11 May 09:59
11 May 09:20
11 May 09:18
11 May 09:16
11 May 09:00
11 May 02:05
11 May 02:01
11 May 01:58
11 May 00:51
11 May 00:49
10 May 22:01
10 May 22:00
Ən son xəbərləri səhifəmizdən də izləyin