BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanıldı - FOTO

Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb.

 

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində qəbirləri talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.

 

Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir. O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Fotoları təqdim edirik
Tarix: 24 Aprel 2025, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin