BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini çayxananın qarşısında döyən şəxsə elektron qolbaq taxıldı

Biləsuvar Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nemət İsmətovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nüsrət Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 11 mart 2025-ci il tarixdə, saat 21 radələrində Biləsuvar rayonunun Ağalıkənd kəndinin mərkəzində yerləşən çayxananın qarşısında qeydə alınıb.

 

Belə ki, Nemət İsmətov zərərçəkmiş Afiq Qurbanova (soyadı şərtidir) nalayiq sözlərlə söyüb təhqir edib. Sonra o, bir neçə dəfə zərərçəkmişin sifət nahiyəsindən yumruq və şillə zərbələri ilə vuraraq ona sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirib.

 

Hadisədən sonra Nemət İsmətov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 25 Aprel 2025, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin