BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski Trampdan hansı təhlükəsizlik zəmanətlərini gözlədiyini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi ABŞ-dan güclü təhlükəsizlik zəmanətləri gözləyir.

 

Bu barədə "Unian" məlumat yayıb.

 

Zelenskinin sözlərinə görə, əgər Vaşinqton Ukraynaya hərbi kontingent göndərmək niyyətində deyilsə, onda ABŞ quru, hava məkanı və dənizdə təhlükəsizlik zəmanətlərinin infrastrukturunun qurulmasında ciddi şəkildə iştirak etməlidir.

 

Prezident deyib ki, Ukraynanın NATO-ya münasibətdə mövqeyi müttəfiqlərin dəstəyindən asılıdır.

 

O, əlavə edib ki, aprelin 23-də Londonda keçirilən görüşlərdə müzakirə olunan əsas məsələlərdən biri də ABŞ-dan təhlükəsizlik zəmanətləri olub"

 

“Biz istəyirik ki, bu zəmanətlər güclü olsun. Heç olmasa, İsrailə verilən zəmanətlər səviyyəsində. Eyni zamanda Avropa müttəfiqlərimizdən hərbi kontingent gözləyirik. Hazırda təhlükəsizlik zəmanətlərinin infrastrukturunu formalaşdırmaq üzərində çalışırıq”.

 

APA

Tarix: 25 Aprel 2025, 23:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin