BURADA REKLAMINIZ OLA
BİLƏR

Əsgər yığıncağından qayıdarkən qəzaya düşən uşaq öldü: Atası da 3 gün əvvəl həlak olmuşdu

Şəkidə 3 gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 9 yaşlı uşaq həyatını itirib. Pravda.az "Report"a istinadən xəbər verir ki, aprelin 22-də gecə saatlarında baş verən qəza nəticəsində xəsarət alan 9 yaşlı Kənan Şirəlizadə xəstəxanada dünyasını dəyişib.

 

Xatırladaq ki, qəzaya düşənlər yaxın qohumun əsgər gedən övladı üçün təşkil edilmiş yığıncaqdan qayıdırmışlar. 1981-ci il təvəllüdlü Təvəkkül Şirəliyevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu K.Şirəlizadə isə xəsarət alıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix: 26 Aprel 2025, 07:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin