BURADA REKLAMINIZ OLA
BİLƏR

İtkin düşən qızları taksi sürücüsü gizlədibmiş... - YENİLƏNDİ

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Pravda.az bildirir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda həmçinin araşdırmanın DİN-in nəzarətinə götürüldüyü bildirilib.

 

***

 

21:27

 

Bakının Maştağa qəsəbəsində itkin düşmüş 2007 və 2008-ci il təvəllüdlü iki qız polis əməkdaşları tərəfindən tapılıb.

 

Bu haqda Pravda.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.

 

“Paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar. Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.”, - məlumatda deyilir.

 

Qeyd edək ki, onlar dayıqızı-bibiqızıdır.

Tarix: 26 Aprel 2025, 21:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin