Körpə sahibi olduqdan sonra həyəcanla gözlədiyimiz anlardan biri də ilk qığıltılardan sonra "ana", "ata" kimi sözlərin, ardınca da yeni kəlmələrin körpəmizin dilindən axmağa başlamasıdır. Bəs qonşunun uşağını susturmaq mümkün deyilkən, sizinki hələ də danışmayıbsa nə etməlisiniz?
Pravda.az bildirir ki, buna səbəb hipotiroidi (tiroid vəzinin kifayət qədər hormon istehsal etməməsi) ola bilər.
Uşaqların sağlam inkişafı üçün bədən mükəmməl bir sistemlə işləyir. Hər orqan və mexanizmin müəyyən vəzifəsi var və bu, inkişafda mühüm rol oynayır. Bu sistemin vacib hissələrindən biri olan tiroid bezinin çox və ya az işləməsi isə sistemin pozulmasına, nəticədə uşağın inkişafında geriləmələrə səbəb ola bilər.
Hipotiroidi nədir?
Bədənin boyun hissəsinin aşağı tərəfində yerləşən tiroid vəzi və ondan ifraz olunan tiroid hormonu böyüməni, inkişafı və maddələr mübadiləsini tənzimləyir. Ən vacib rolu isə mərkəzi sinir sisteminin inkişafına təsir etməkdir. Tiroid hormonu hamiləlik dövründən başlayaraq uşaqlıq dövrü boyunca və böyümə tamamlanana qədər fəaliyyət göstərir. Əgər tiroid vəzisi kifayət qədər hormon ifraz etməzsə, hipotiroidi xəstəliyi meydana çıxır.
Zəka geriliyinə səbəb ola bilər
Hipotiroidi doğuşdan mövcud ola biləcəyi kimi, sonradan da inkişaf edə bilər. Tiroid hormonunun çatışmazlığı xüsusilə körpəlik və inkişaf dövründə zəka səviyyəsində qalıcı və nəzərəçarpacaq azalmaya səbəb ola bilər. Körpə doğular-doğulmaz hipotiroidi diaqnozu qoyularsa, potensial zəka geriliyi qarşısı alına bilər. Lakin gec diaqnoz qoyularsa, müalicə edilsə belə, yaranmış ziyan geri dönməz ola bilər.
Körpələrdə hipotiroidi əlamətləri
Qəbizlik
Uzun müddət davam edən sarılıq
Qalın səslə ağlama
Şişkin üz görünüşü
Fontanelin (bıngıldağın) normaldan böyük olması
Dilin ümumidən böyük olması
Məktəb uğurunu azaldır
Xüsusilə uşaqlıq dövründə tiroid çatışmazlığı dişlərin gec çıxması, yerimə və danışmada gecikmə, boy artımında ləngimə, saç tökülməsi, qəbizlik, halsızlıq, yuxululuq, sürətli kökəlmə, konsentrasiya pozğunluğu və məktəb uğurunun azalması kimi problemlərə səbəb ola bilər. Əgər bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunursa, mütləq mütəxəssis həkimə müraciət edilməlidir.
Müalicə mümkündürmü?
Diaqnoz qoyulan körpənin müalicəsi çatışmayan tiroid hormonunun ağız yolu ilə verilməsi ilə aparılır. Müalicə olduqca asandır. Burada əsas məsələ problemin erkən aşkar edilməsi və müalicənin davamlı aparılmasıdır.
Əminə Bayramova
8 Mart 02:24
8 Mart 02:23
8 Mart 00:13
7 Mart 23:14
7 Mart 23:12
7 Mart 23:08
7 Mart 23:04
7 Mart 22:42
7 Mart 22:39
7 Mart 22:38
7 Mart 22:20
7 Mart 21:33
7 Mart 21:30
7 Mart 21:28
7 Mart 21:26
7 Mart 21:21
7 Mart 20:58
7 Mart 20:30
7 Mart 20:29
7 Mart 18:55
7 Mart 18:39
7 Mart 18:25
7 Mart 18:17
7 Mart 18:12
7 Mart 18:03
7 Mart 17:59
7 Mart 17:52
7 Mart 15:29
7 Mart 14:54
7 Mart 14:45
7 Mart 14:41
7 Mart 14:27
7 Mart 14:19
7 Mart 14:13
7 Mart 14:03
7 Mart 13:56
7 Mart 13:54
7 Mart 12:35
7 Mart 11:50
7 Mart 11:17
7 Mart 11:07
7 Mart 09:44
7 Mart 09:24
7 Mart 09:14
7 Mart 08:46
7 Mart 08:42
7 Mart 07:56
7 Mart 07:52
7 Mart 01:35
7 Mart 01:25
7 Mart 00:34
7 Mart 00:22
6 Mart 23:40
6 Mart 23:38
6 Mart 22:02
6 Mart 21:56
6 Mart 21:52
6 Mart 21:47
6 Mart 21:46
6 Mart 20:51
6 Mart 20:46
6 Mart 20:43
6 Mart 20:25
6 Mart 19:26
6 Mart 19:20
6 Mart 19:16
6 Mart 19:14
6 Mart 19:06
6 Mart 18:45
6 Mart 18:43
6 Mart 18:40
6 Mart 18:39
6 Mart 18:34
6 Mart 18:32
6 Mart 18:29
6 Mart 18:11
6 Mart 18:02
6 Mart 18:00
6 Mart 17:44
6 Mart 17:39
6 Mart 17:38
6 Mart 17:17
6 Mart 16:53
6 Mart 16:50
6 Mart 16:50
6 Mart 16:35
6 Mart 16:27
6 Mart 16:24
6 Mart 16:19
6 Mart 16:13
6 Mart 15:53
6 Mart 15:38
6 Mart 15:32
6 Mart 15:30
6 Mart 15:28
6 Mart 15:27
6 Mart 15:04
6 Mart 15:01
6 Mart 15:01
6 Mart 14:59
6 Mart 14:51
6 Mart 14:08
6 Mart 13:49
6 Mart 13:47
6 Mart 13:45
6 Mart 13:43
6 Mart 13:37
6 Mart 13:20
6 Mart 13:12
6 Mart 13:00
6 Mart 12:58
6 Mart 12:57
6 Mart 12:29
6 Mart 12:17
6 Mart 12:06
6 Mart 12:01
6 Mart 11:59
6 Mart 11:57
6 Mart 11:27
6 Mart 11:24
6 Mart 11:21
6 Mart 11:15
6 Mart 11:13
6 Mart 11:12
6 Mart 10:53
6 Mart 10:30
6 Mart 10:27
6 Mart 10:25
6 Mart 10:25
6 Mart 10:21
6 Mart 10:18
6 Mart 10:17
6 Mart 10:04
6 Mart 10:02
6 Mart 09:58
6 Mart 09:49
6 Mart 09:37
6 Mart 09:33
6 Mart 08:59
6 Mart 03:23
6 Mart 01:57
6 Mart 01:12
6 Mart 01:09
6 Mart 00:52
6 Mart 00:39
6 Mart 00:36
6 Mart 00:32
6 Mart 00:29
6 Mart 00:28
6 Mart 00:24
Ən son xəbərləri səhifəmizdən də izləyin