BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmədə Serj Sarkisyanın etirafı nümayiş olunub: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa rayonunun işğalı ilə bağlı Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qeydləri yer alan videomaterial tədqiq edilib.

 

S.Sarkisyan Şuşa əməliyyatının əhəmiyyətinin çox böyük olduğunu bildirib. O deyib: “Bu əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, Robert Köçəryan özü iştirak edirdi”.

 

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

Tarix: 28 Aprel 2025, 15:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin