BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Prezidenti Banqladeşin Baş nazirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeşin Baş naziri Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısına dəvət edib.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Banqladeşdə səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Banqladeş Müvəqqəti hökumətinin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunus tərəfindən qəbul edilib.

 

Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 3-4 iyul 2025-ci il tarixində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısında xüsusi qonaq qismində dəvət məktubunu Baş müşavirə təqdim edib.

Tarix: 29 Aprel 2025, 16:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin