BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıt və Abşeronun bəzi qəsəbələrində su kəsiləcək

1-3 may tarixlərində Sumqayıt şəhərinin bəzi hissələri, Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

 

Bu barədə Pravda.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

 

Məlumata görə, fasiləyə səbəb Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə təmir işlərinin aparılmasıdır. 3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Tarix: 30 Aprel 2025, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin