BURADA REKLAMINIZ OLA
BİLƏR

Valeh Ələsgərov: Ələtdə tikilən hava limanından ancaq yükdaşımalarda istifadə olunmayacaq

Bu gün Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.

 

Pravda.az xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

 

O bildirib ki, Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişməsində yerləşir: “Nəzərdə tutduğumuz o idi ki, bu hava limanı ancaq yükdaşımalarda istifadə olunsun, ancaq bu gün qərar dəyişib. Hava limanı tikiləndən sonra bizim investorlar çox əlverişli şəraitlə təmin olunacaq”.

Tarix: 5 May 2025, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin