BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni təyin edilən nazir KİMDİR?

Xəbər verdiyimiz kimi, bu gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.

 

Pravda.az Modern.az-a istinadən xəbər verir ki, K.Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Naxçıvan 12 nömrəli tam orta məktəbdə oxuyub.

 

Azərbaycan Dövlət Neft Akademiyasında Menecment və strateji idarəetmə ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə əmək fəaliyyətinə başlayıb.

 

İqtisadiyyat Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdiri vəzifəsində işləyib. 2024-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Tarix: 6 May 2025, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin