BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısının müavini "Azəriqaz"dan narazıdır: Kəndlər qazlaşdırılmır

"Lerik rayonu üzrə 162 yaşayış məntəqəsindən 61 yaşayış məntəqəsi qazlaşdırılıb".

 

Bi barədə Pravda az-a "Azəriqaz"dan məlumat verilib.

 

Bildirilib ki, qazlaşma tədbirləri Birliyin maliyyə imkanları çərçivəsində mərhələli şəkildə davam etdirilir. Birliyin mövcud maliyyə resurslarından səmərəli istifadə olunması, həmin resurslar çərçivəsində əhalinin qaz təchizatı şəbəkəsinə əlçatanlığının təmin edilməsi və daha çox əhalinin qaz şəbəkəsi ilə əhatələnməsi məqsədilə 2021-ci ildən etibarən qazlaşdırılması aparılan bütün yaşayış massivlərində mərhələli şəkildə yalnız daşıyıcı və paylayıcı küçə qaz xətləri çəkilir.

 

***

 

"Azəriqaz" İstehsalat Birliyi baş direktorunun birinci müavini Nail Abdullayev "Kommunal infrastrukturun inkişafına dair sual və təkliflərin müzakirəsi" mövzusunda keçirilən forumdakı çıxışında təmsil etdiyi qurumun hazırda ölkə üzrə 11 regional idarə ilə fəaliyyət göstərdiyini, onun illik qaz qəbul və satış həcmini 8,4 milyard kubmetrə çatdırdığını bildirib. Bununla belə hələ də təbii qazla təmin olunmayan yaşayış yerləri də var. Pravda.az Modern.az-a istinadən xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov açıqlamasında bildirib ki, Lerikə ilk dəfə qaz xətti Prezident İlham Əliyevin əmri ilə 2006-cı il oktyabrın 23-də çəkilib. Hazırda rayonun 162 yaşayış məntəqəsindən cəmi 61-i qazlaşdırılıb:

 

"Geri qalan 101 məntəqə isə qazlaşdırılmayıb. Dəfələrlə "Azəriqaz" İB-yə müraciət etsək də, bizə cari ildə və qarşıdakı bir neçə ildə qazlaşdırma prosesinin aparılmayacağı bildirilib. Bu da əhalini narahat edir".

 

"Hətta qaz xətti üzərində yerləşən, cəmi bir neçə metr aralıda yerləşən yaşayış məntəqələri belə qazlaşdırılmır. Bu da əhalinin haqlı narazılığına səbəb olur", - H.Məlikov bildirib.

Tarix: 9 May 2025, 00:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin