BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandan Pakistan və Hindistana uçuşlar bərpa edilir

Azərbaycandan Pakistan və Hindistana uçuşlar bərpa edilir.

Bu barədə Pravda.az-a "Azərbaycan Hava Yolları"ndan məlumat verilib.

 

"Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

 

Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

 

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", məlumatda deyilir.

Tarix: 12 May 2025, 14:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin