BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısı daha bir sərəncam imzaladı

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi dəyişib.

 

Pravda.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

 

Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi olacaq:

 

Komissiyanın sədri:

 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

 

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

 

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi.

 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

Komissiyanın əvvəlki tərkibi aşağıdakı kimi olub:

 

Komissiyanın sədri

 

 

 

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini[3]

 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

 

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun direktoru

 

 

Tarix: 12 May 2025, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin