Mülayim iqlimlərdə yetişən kəklikotu, mətbəxlərdə sevilən ədviyyatlardan biridir. Kəklikotunun yarpaq və ya çiçəklərinin dəmlənməsi ilə hazırlanan kəklikotu çayı sağlamlığa olan faydaları ilə tanınır.
Pravda.az kəklikotu çayı haqqında ətraflı məlumatı təqdim edir:
Kəklikotu çayı nədir?
Kəklikotunun 400-dən çox növü olduğu bildirilir. Kəklikotu qədim dövrlərdən bəri müxtəlif sağlamlıq problemlərində dəstək olaraq istifadə olunub. Təzə kəklikotu budaqları və ya qurudulmuş yarpaqlarının qaynar su ilə dəmlənməsi nəticəsində hazırlanan bu çay, xüsusilə ürək-damar sağlamlığı olmaqla sağlamlığa çoxsaylı töhfələr verir.
Kəklikotu çayının əsas faydaları bunlardır:
Qan təzyiqini tənzimləyə bilər: Bəzi laboratoriya tədqiqatlarına görə kəklikotu qan təzyiqinin aşağı salınmasına kömək edə bilər.
Antioksidantlarla zəngindir: Kəklikotunda olan timol və fitol kimi birləşmələr güclü antioksidant təsirə malikdir və orqanizmdə oksidativ stressə qarşı mübarizə aparır.
Həzm sisteminə müsbət təsir göstərə bilər: Antibakterial və antimikrobiyal xüsusiyyətləri ilə mədə və bağırsaqlarda mikroblarla mübarizədə təsirli ola bilər.
İmmunitet sistemini gücləndirə bilər: Kəklikotunun tərkibindəki vitamin və minerallar müdafiə sisteminə müsbət təsir edir.
İltihabəleyhinə xüsusiyyətlərə malikdir: Timol kimi maddələr orqanizmdəki iltihab proseslərini azalda bilər.
Dəri sağlamlığını dəstəkləyə bilər: Civzə və göbələk kimi dəri problemlərinin əlamətlərini yüngülləşdirə bilər.
Tənəffüs yollarını rahatlada bilər: Öskürək, burun axıntısı və boğaz ağrısı kimi şikayətlərin azalmasına yardım edə bilər.
Aybaşı ağrılarını yüngülləşdirə bilər: Aybaşı dövrünü nizamlayaraq ağrını azalda bilər.
Kilo nəzarətinə dəstək ola bilər: Tərkibindəki timol maddəsi arıqlama prosesinə yardımçı ola bilər.
Stresi azalda bilər: Fenolik birləşmələrin stres və narahatlıq üzərində sakitləşdirici təsiri olduğu bildirilir.
Kəklikotu çayı necə hazırlanır?
Yarım litr su qaynadılır
1 çay qaşığı təzə və ya quru kəklikotu fincana əlavə olunur
Üzərinə qaynar su tökülür və 10-15 dəqiqə dəmlənməyə buraxılır
Süzüldükdən sonra istəyə görə bal və limonla içilə bilər
Kəklikotu çayı aşağıdakı hallarda zərərli ola bilər:
Həddindən artıq içildikdə migren tipli baş ağrısına səbəb ola bilər
Hipotoniya (aşağı təzyiq) problemi olan şəxslərdə təzyiqi daha da salaraq risk yarada bilər
Bəzi şəxslərdə mədə yanması, ürəkbulanma və qusma kimi təsirlər göstərə bilər
Qızartı, qaşınma kimi allergik reaksiyalar baş verə bilər
Antidiabetik və antihipertansiv dərmanlarla qarşılıqlı təsirə girə bilər
Kəklikotu çayını kimlər içməməlidir?
Hipertoniya və diabet xəstələri
Qan durulducu dərman qəbul edənlər və ya əməliyyata hazırlaşanlar
Nanə, lavanda, adaçayı allergiyası olanlar
Hormonal dərman istifadə edənlər
Hamiləlikdə kəklikotu çayı içmək olarmı?
Araşdırmalar kəklikotunun orqanizmdə estrogen kimi davrana biləcəyini göstərir. Bu səbəbdən hamilə qadınların kəklikotu çayı içməzdən əvvəl mütləq həkimə müraciət etməsi tövsiyə olunur. Kəklikotu yağı ilə aparılan bəzi laborator tədqiqatlar onun düşük və erkən doğuma səbəb ola biləcəyini göstərmişdir.
Qeyd: Kəklikotu faydalı bitkilərdən biridir. Sağlamlığı yerində olan şəxslər gündə 3 fincan içə bilər. Lakin xüsusilə hamilə və süd verən qadınlar, hər hansı dərman qəbul edənlər kəklikotu çayı içməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Əminə Bayramova
15 İyun 09:57
15 İyun 09:10
15 İyun 09:07
15 İyun 08:48
15 İyun 08:42
15 İyun 08:41
15 İyun 08:36
15 İyun 01:11
15 İyun 01:10
15 İyun 01:09
15 İyun 01:06
15 İyun 01:03
15 İyun 01:01
15 İyun 00:58
15 İyun 00:41
14 İyun 23:33
14 İyun 23:28
14 İyun 23:24
14 İyun 23:21
14 İyun 23:11
14 İyun 21:30
14 İyun 21:27
14 İyun 21:25
14 İyun 21:20
14 İyun 21:17
14 İyun 21:14
14 İyun 21:12
14 İyun 21:10
14 İyun 21:06
14 İyun 21:04
14 İyun 20:49
14 İyun 20:47
14 İyun 20:44
14 İyun 19:57
14 İyun 19:55
14 İyun 19:54
14 İyun 19:40
14 İyun 19:39
14 İyun 19:34
14 İyun 19:32
14 İyun 19:30
14 İyun 19:26
14 İyun 19:22
14 İyun 19:17
14 İyun 19:12
14 İyun 17:28
14 İyun 16:46
14 İyun 15:30
14 İyun 15:17
14 İyun 14:41
14 İyun 14:38
14 İyun 14:35
14 İyun 13:39
14 İyun 13:37
14 İyun 13:34
14 İyun 13:28
14 İyun 12:18
14 İyun 11:09
14 İyun 10:59
14 İyun 10:54
14 İyun 10:45
14 İyun 10:04
14 İyun 09:34
14 İyun 08:40
14 İyun 08:29
14 İyun 08:27
14 İyun 08:23
14 İyun 08:07
14 İyun 00:59
14 İyun 00:24
14 İyun 00:14
14 İyun 00:11
13 İyun 23:42
13 İyun 23:05
13 İyun 22:48
13 İyun 22:39
13 İyun 22:22
13 İyun 22:13
13 İyun 22:06
13 İyun 20:36
13 İyun 20:03
13 İyun 19:42
13 İyun 19:38
13 İyun 19:36
13 İyun 19:33
13 İyun 19:31
13 İyun 19:29
13 İyun 19:25
13 İyun 19:23
13 İyun 19:20
13 İyun 18:24
13 İyun 18:03
13 İyun 17:25
13 İyun 17:21
13 İyun 17:10
13 İyun 17:08
13 İyun 17:03
13 İyun 16:55
13 İyun 16:53
13 İyun 16:48
13 İyun 16:40
13 İyun 16:37
13 İyun 16:29
13 İyun 16:26
13 İyun 16:21
13 İyun 16:14
13 İyun 15:57
13 İyun 15:56
13 İyun 15:33
13 İyun 15:32
13 İyun 15:30
13 İyun 15:08
13 İyun 14:58
13 İyun 14:55
13 İyun 14:55
13 İyun 14:47
13 İyun 14:43
13 İyun 14:33
13 İyun 14:17
13 İyun 14:15
13 İyun 14:06
13 İyun 14:02
13 İyun 14:00
13 İyun 13:57
13 İyun 13:47
13 İyun 13:35
13 İyun 13:26
13 İyun 13:23
13 İyun 13:17
13 İyun 13:14
13 İyun 13:10
13 İyun 13:06
13 İyun 12:49
13 İyun 12:39
13 İyun 12:37
13 İyun 12:26
13 İyun 12:22
13 İyun 12:15
13 İyun 12:12
13 İyun 12:10
13 İyun 12:06
13 İyun 12:03
13 İyun 11:59
13 İyun 11:48
13 İyun 11:35
13 İyun 11:33
13 İyun 11:29
13 İyun 11:27
13 İyun 11:25
13 İyun 11:24
Ən son xəbərləri səhifəmizdən də izləyin