BURADA REKLAMINIZ OLA
BİLƏR

Kilosu 40 manata satılır - Bütün kənd bura axın edir

Toros dağlarının ətəyində özbaşına bitən və yerli sakinlər tərəfindən "göbelek" adlandırılan quzugöbəyi (morchella) göbələyi bölgədə böyük marağa səbəb olub. Bahalı qiymətinə baxmayaraq, yerli sakinlər üçün bu göbələk sadəcə gəlir mənbəyi deyil, bir ehtirasa çevrilib. Hal-hazırda kilosu 900 lirəyə (təxminən 40 manat) satılan bu nadir göbələk üçün insanlar səhərin ilk saatlarında dağlara axın edir.

 

Göbələk toplanması əsasən aprel ortalarında başlayır və may ayının sonuna qədər davam edir.

 

Bu dövrdə yağışların miqdarı məhsuldarlığa birbaşa təsir göstərir. Toros dağlarının meşəlik və yüksək ərazilərində bitən bu göbələk, çam və katran ağaclarının altında daha çox rast gəlinir.

 

Yerli sakinlər üçün həm gəlir, həm terapiya

 

Sakinlərdən biri olan Hasan Ay "Civcikuyu" adlandırılan əraziyə səhər saat 05:00-da gəldiklərini və göbələk toplamağın onlar üçün adrenalin və sevinc mənbəyi olduğunu bildirib:

 

Bu bahalı, dadlı və təbii göbələk həm ailə büdcəsinə dəstək, həm də dağların qoynunda sakitlik və xoşbəxtlik axtaranlar üçün bir terapiyaya çevrilib./Milli.az

Tarix: 13 May 2025, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin