BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda avtomobil 4 nəfəri vurub

Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.

 

Hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb.

 

Sərxan Babayevin idarə etdiyi 75-BN-561 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil yolu keçmək istəyən piyadalar — 2006-cı il təvəllüdlü Quliyeva Gülsüm İlqar qızı, Quliyeva Dərya Səməd qızı, İsayeva Əfsanə İsa qızı və 2005-ci il təvəllüdlü Tağıyeva Xanımzəri vurub.

 

Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. Onlardan Gülsüm Quliyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./APA

Tarix: 13 May 2025, 23:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin