BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin yarım milyonluq tenderi ləğv edildi

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Bakı şəhəri ərazisində yerləşən tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması xidməti ilə əlaqədar elan etdiyi tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Tenderin ümumi dəyəri 556 230 AZN olub.

 

Cabir

Tarix: 15 May 2025, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin