BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin yeni sədri Zəka Mirzəyev özünə müşavir təyin edib.

 

Müvafiq əmrlə 1994-cü il təvəllüdlü Amin Abdullayev Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə gətirilib.

 

Qeyd edək ki, 31 yaşlı Amin Abdullayev 2022-2025-ci illərdə isə Mərkəzi Bankda Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentində analitik, böyük analitik vəzifələrində işləyib.

 

O, daha əvvəl - 2021-2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda Strateji planlaşdırma və aktuar hesablamalar departamentində baş mütəxəssis vəzifəsində çalışıb.  (Qaynarinfo)

Tarix: 15 May 2025, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin