BURADA REKLAMINIZ OLA
BİLƏR

Dəmir çatışmazlığı orqanizmdə necə yaranır və nəyə səbəb olur?

Orqanizmdə kifayət qədər dəmir olmadıqda ortaya çıxan dəmir çatışmazlığı, ən çox rast gəlinən qida maddəsi çatışmazlıqlarından biridir.


Pravda.az bildirir ki, dəmir qırmızı qan hüceyrələrinin oksigen daşımasını təmin edən hemoglobinin istehsalında mühüm rol oynayır.


Dəmir çatışmazlığı nəticəsində bədəndə kifayət qədər sağlam qan hüceyrəsi istehsal olunmur, bu isə oksigen çatışmazlığına və nəticə etibarilə dəmir çatışmazlığı anemiyasına səbəb olur.


Əlamətləri nələrdir?


Dəmir çatışmazlığı zamanı tez yorulma, halsızlıq, başgicəllənməsi, solğun dəri, nəfəs darlığı, saç tökülməsi və dırnaqların kövrəkləşməsi kimi əlamətlər müşahidə oluna bilər. Uşaqlarda və qadınlarda bu simptomlar daha qabarıq şəkildə özünü göstərə bilər. Həmçinin bəzi hallarda torpaq, buz və ya nişasta yemək kimi qeyri-adi istəklər yarana bilər.


Səbəbləri nədir?


Dəmir çatışmazlığının əsas səbəbləri:

dəmir baxımından zəif qidalanma,

qadınlarda menstrual qan itkiləri,

həzm sistemi problemləri (məsələn, çölyak, Crohn xəstəliyi),

hamiləlik və əmizdirmə dövrlərində artan dəmir tələbatı

Eyni zamanda mədə və bağırsaq qanamaları da uzunmüddətli dəmir itkisinə səbəb ola bilər.


Necə diaqnoz qoyulur və müalicə olunur?


Diaqnoz üçün qan analizləri aparılır. Təkcə hemoglobin səviyyəsi yox, ferritin və digər dəmir göstəriciləri də nəzərdən keçirilir. Müalicə zamanı dəmir tərkibli dərmanlar, dəmir zəngin qidalar və lazım gəldikdə xəstəliyin səbəbinə yönəlik müalicə tətbiq olunur. C vitamini ilə birlikdə qəbul edilən dəmir, orqanizm tərəfindən daha yaxşı mənimsənilir.


Nə yaxşı təsir edir?


Qırmızı ət, qaraciyər, toyuq, balıq, noxud, mərci və tünd yaşıl yarpaqlı tərəvəzlər dəmir baxımından zəngindir. Qida rasionunda bu məhsullara üstünlük verilməli və çay, qəhvə kimi dəmirin sorulmasına mane olan içkilərdən uzaq durulmalıdır.


Əminə Bayramova 

Tarix: 16 May 2025, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin