BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşad Miri: “Təhdidlər heç vaxt bizi qorxutmur, əksinə, həvəsləndirir, doğru yolda olduğumuzu göstərir”

“Mənə qarşı təhdidlər yeni deyil. Uzun zamandır, belə təhdidlər var. On il əvvəl  “Yeni hikmət” qəzətində yazdığım yazıya görə də təhdidlər olmuşdu. Sadəcə, son dövrlərdəki çıxışlarımla bağlı təhdidlər özündə bir az daha mütəmadilik daşıyır. Bunun davamlı şahidi oluruq. Bir neçə il əvvəl Fazil Mustafa ilə bağlı məsələdə də eyni təhdid və hadisələrin törədilməsinin şahidi olma ehtimalımız var idi. Təhlükəsizliklə bağlı əlimizdən gələni edirik. Təbii ki, nəticə Allahdandır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

 

“Dövlətimizin də vətəndaşını hər zaman özünün müəyyənləşdirdiyi formada qoruduğuna inanırıq, şahidi oluruq. Təhdidlər heç vaxt bizi qorxutmur, əksinə, daha da motivə edir, həvəsləndirir, doğru yolda olduğumuzu göstərir. Və zamanımızı düzgün dəyərləndirməyə sövq edir. Buna görə də Allahın dinini insanlara çatdırmağa çalışırıq. Ümid edirəm ki, insanlar yanlışdan, xurafatdan, mövhümatdan oyanacaqlar, həqiqəti dərk edib, Allahın endirdiyi dinə gələcəklər. İnsanların uydurduqları dindən uzaqlaşacaqlar”, - o bildirib.

Tarix: 16 May 2025, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin