Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə “Phonex.az” mağazasının kredit üzrə eksperti ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə ittiham olunan Elşən Yusifovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Elşən Yusifov “Phonex.az” mobil telefon və digər elektron cihazların satışı mağazasında kredit üzrə ekspert vəzifəsində işləyib. O, mağazada mobil telefonlar və elektron cihazların kredit üzrə satışını və müştərilər tərəfindən aylıq ödənişlərə nəzarəti həyata keçirib. Elşən mağazada həyata keçirilən satışlarla bağlı məlumatların daxil edildiyi elektron proqrama obyektin keçmiş müştərilərinin anket məlumatlarını həmin şəxslərin məlumatı olmadan daxil etməklə onların adlarına kredit üzrə satış kimi rəsmiləşdirdiyi və başqa şəxslərə satdığı telefonların ümumilikdə 82 828 manat mənimsəmişdir.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 19 May 2025, 08:12   
Xəbər lenti
Çox oxunanlar