Pakistan, Özbəkistan və Qırğız Respublikasının nüfuzlu dövlət media qurumları Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlının Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı məqaləsini dərc edib.
Pakistanın nüfuzlu “Pakistan Observer”, “Cath Line” qəzetləri, Özbəkistanın dövlət informasiya agentliyi “Uza.uz”, Qırğız Respublikasının dövlət informasiya agentliyi “Kabar”da dərc olunan məqalələrdə Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yol, eyni zamanda medianın bugünkü fəaliyyətindən bəhs edilib.
Xarici mediada dərc edilən məqalədə vurğulanır ki, 2025-ci ildə Azərbaycan milli mətbuatı 150 illik yubileyini qeyd edir. Əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatlı ümumilikdə müsəlman Şərqində maarifçi ruhlu ilk qəzetlərdən biri olub. Onun missiyası təhsili təşviq etmək, ictimai islahatlara dəstək vermək və xalqı mədəni baxımdan oyatmaq idi.
“Zamanla Azərbaycan mətbuatı çar senzurası, sovet ideologiyası və müstəqillik dövrünün müxtəlif çağırışları ilə üz-üzə qaldı. Lakin bu proseslər mətbuatın inkişafını dayandırmadı, əksinə onu daha çevik və dözümlü bir instituta çevirdi. 1991-ci ildə müstəqillik bərpa olunduqdan sonra Azərbaycan mediası yeni mərhələyə qədəm qoydu. 1998-ci ildə senzuranın ləğvi ilə ölkədə mətbuat azadlığı istiqamətində real addımlar atıldı”-deyə, yazıda qeyd olunur.
Müəllif məqalədə qeyd edir ki, müasir mərhələdə Azərbaycan dövləti medianın inkişafını prioritet sahələrdən biri kimi qəbul edir. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan milli mətbuatının 150 illiyinin qeyd olunması ilə bağlı hazırlıq işlərinə başlanılıb. Bu sərəncam çərçivəsində respublika və beynəlxalq səviyyədə elmi konfranslar, tematik sərgilər, mətbuat forumları və media üzrə təhlil layihələri həyata keçiriləcək.
Prezident İlham Əliyev mətbuatı demokratik cəmiyyətin vacib dayağı hesab edir və jurnalistikanın peşəkar inkişafına, söz və ifadə azadlığının möhkəmləndirilməsinə davamlı dəstək göstərir.
Məqalədə eyni zamanda Medianın İnkişafı Agentliyinin fəaliyyətindən də bəhs edilir. Qeyd olunur ki, MEDİA bu sahədə strateji islahatların icrasını koordinasiya edir: “Agentlik, jurnalistlərin peşəkarlığının artırılması, dezinformasiyaya qarşı mübarizə, vətəndaş cəmiyyəti ilə media arasında körpülərin qurulması istiqamətində fəaliyyəti genişləndirib. Azərbaycanın media siyasəti bu gün həm milli maraqları qoruyan, həm də beynəlxalq media standartlarına inteqrasiya olunan bir xətt üzrə inkişaf edir”.

9 Mart 19:31
9 Mart 17:04
9 Mart 17:02
9 Mart 16:39
9 Mart 16:19
9 Mart 15:46
9 Mart 15:45
9 Mart 15:34
9 Mart 15:10
9 Mart 14:54
9 Mart 14:52
9 Mart 13:09
9 Mart 12:52
9 Mart 12:35
9 Mart 12:31
9 Mart 11:23
9 Mart 11:19
9 Mart 11:17
9 Mart 10:42
9 Mart 10:04
9 Mart 10:02
9 Mart 03:50
9 Mart 01:41
9 Mart 01:16
9 Mart 01:14
8 Mart 23:56
8 Mart 23:53
8 Mart 23:51
8 Mart 23:27
8 Mart 23:25
8 Mart 23:11
8 Mart 23:09
8 Mart 21:08
8 Mart 20:34
8 Mart 20:32
8 Mart 19:36
8 Mart 19:20
8 Mart 18:41
8 Mart 18:39
8 Mart 17:25
8 Mart 17:22
8 Mart 17:21
8 Mart 17:19
8 Mart 16:46
8 Mart 15:33
8 Mart 15:23
8 Mart 14:35
8 Mart 13:51
8 Mart 12:55
8 Mart 12:35
8 Mart 11:31
8 Mart 11:16
8 Mart 11:15
8 Mart 11:13
8 Mart 11:12
8 Mart 11:10
8 Mart 11:04
8 Mart 10:30
8 Mart 09:48
8 Mart 09:09
8 Mart 08:47
8 Mart 02:24
8 Mart 02:23
8 Mart 00:13
7 Mart 23:14
7 Mart 23:12
7 Mart 23:08
7 Mart 23:04
7 Mart 22:42
7 Mart 22:39
7 Mart 22:38
7 Mart 22:20
7 Mart 21:33
7 Mart 21:30
7 Mart 21:28
7 Mart 21:26
7 Mart 21:21
7 Mart 20:58
7 Mart 20:30
7 Mart 20:29
7 Mart 18:55
7 Mart 18:39
7 Mart 18:25
7 Mart 18:17
7 Mart 18:12
7 Mart 18:03
7 Mart 17:59
7 Mart 17:52
7 Mart 15:29
7 Mart 14:54
7 Mart 14:45
7 Mart 14:41
7 Mart 14:27
7 Mart 14:19
7 Mart 14:13
7 Mart 14:03
7 Mart 13:56
7 Mart 13:54
7 Mart 12:35
7 Mart 11:50
7 Mart 11:17
7 Mart 11:07
7 Mart 09:44
7 Mart 09:24
7 Mart 09:14
7 Mart 08:46
7 Mart 08:42
7 Mart 07:56
7 Mart 07:52
7 Mart 01:35
7 Mart 01:25
7 Mart 00:34
7 Mart 00:22
6 Mart 23:40
6 Mart 23:38
6 Mart 22:02
6 Mart 21:56
6 Mart 21:52
6 Mart 21:47
6 Mart 21:46
6 Mart 20:51
6 Mart 20:46
6 Mart 20:43
6 Mart 20:25
6 Mart 19:26
6 Mart 19:20
6 Mart 19:16
6 Mart 19:14
6 Mart 19:06
6 Mart 18:45
6 Mart 18:43
6 Mart 18:40
6 Mart 18:39
6 Mart 18:34
6 Mart 18:32
6 Mart 18:29
6 Mart 18:11
6 Mart 18:02
6 Mart 18:00
6 Mart 17:44
6 Mart 17:39
6 Mart 17:38
6 Mart 17:17
6 Mart 16:53
6 Mart 16:50
6 Mart 16:50
6 Mart 16:35
6 Mart 16:27
6 Mart 16:24
6 Mart 16:19
Ən son xəbərləri səhifəmizdən də izləyin