BURADA REKLAMINIZ OLA
BİLƏR

Təcridxanada olan Hacı Vəliyevin kartına blok qoyuldu - “Kapital Bank”dan CAVAB - YENİLƏNDİ

“Kapital Bank” olaraq bildirirk ki, müştərimiz Hacı Vəliyevin vəkili Aqil Layıcın müraciəti əsasında araşdırma aparılıb.

 

“Araşdırma nəticəsində əldə edilən məlumatlar qanunvericiliyin tələbinə əsasən bank sirri hesab olunduğundan həmin məlumatların yalnız müştərinin səlahiyyətli nümayəndəsinə, həmçinin müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilməsi mümkündür. Məsələ ilə bağlı tam dəstək göstərilə bilməsi üçün kart sahibinin müvafiq səlahiyyətlərə malik nümayəndəsinin müraciət etməsi xahiş olunur”, - məlumatda qeyd olunub.

 

***

13:25

 

Hazırda Kürdəxanı təcridxanasında saxlanılan Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin əlilliyinə görə vəsaitin köçürüldüyü “Kapital Bank” kartına blok qoyulub.

 

Pravda.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

 

“İstintaq qeyd edir ki, bizim bununla bağlı məhdudiyyət tədbirimiz olmayıb”, - o bildirib.

 

“Kapital Bank” tərəfindən məsələyə belə mövqe bildirilib: “Sosial media üzərindən göndərilən şəxsi mesajlar vasitəsilə sənədlərin qəbulu və baxılması nəzərdə tutulmur. Məsələnin araşdırılması və dəstək göstərilməsi üçün kart sahibinin özü birbaşa müraciət etməlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 20 May 2025, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin