Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin “Naxçıvanda Məkkədəki Kəbənin eynisini tikə bilərik” fikirləri gündəm yaradıb.
İlahiyyatçı-psixoloq Fazil Əhməd Pravda.az-a açıqlamasında deyib ki, deputatın təklifini təəccüblə qarşılayıb.
“Düşünürəm, bu, deputatın iqtisadi maraqları səbəbindən dediyi bir sözdür. Hesab edir ki, Məkkə şəhəri milyardlarla insanın ziyarət etdiyi şəhərdir, hətta son 20-30 ildə tarixilik səbəbindən xeyli turist bu ölkəni ziyarət edib, yaxşı olar, bir misli də Azərbaycanda olsun. Reallığa gələndə isə bu, qeyri-mümkündür. Fiziki cəhətdən Naxçıvanda Kəbə yaratmaq mümkün deyil. Heç vaxt İslam tərəfdaşlığı konfranslarına, İslam təşkilatlarına üzv olan Azərbaycan belə bir addım atmaz. Çünki bu, istər-istəməz digər müsəlman ölkələri tərəfindən qınaq obyektinə çevrilə bilər. Mənəvi cəhətdən də həm Azərbaycanın daxilində, həm də xaricdə düzgün çıxmaz. Mənəvi, müqəddəs məkanlar var və bunlar dəyişilməzdir. Kəbənin bənzərini yaratmaq ideyasının özündə bir qədər absurdluq var. Onsuz da Naxçıvanda Əshabi-Kəhf ziyarətgahını insanlar hər il ziyarət edirlər. Azərbaycana gələn xarici turistlərə də Naxçıvandakı ziyarətgah təklif edilir. Yəni ora bir mərkəzə çevrilib. Daha yaxşı olar ki, Əshabi-Kəhfin tarixiliyini bir az da təbliğ edib, daha çox turist cəlb edilsin. Deputatlar, məsul şəxslər Azərbaycanda turizmin fəaliyyətini inkişaf etdirmək barədə daha çox düşünsünlər, nə etmək olar ki, turizmin inkişafı bir az da artsın... Qüdrət Həsənquliyevin dediyi isə nə fiziki, nə mənəvi cəhətdən qəbulolunandır. Mümkün deyil. Dövlət də bunu etməz, cəmiyyət də normal qarşılamaz. Cəmiyyətin reaksiyası onsuz da bəllidir. Fərqli fikirlər var. İstər-istəməz bu mövzu ətrafında gündəm yaranır. İnsanlar hətta bir-birilərini təhqirə qədər gedirlər. Bu cür düşüncələri çox da ciddiyə almaq lazım deyil. İnsandır, şəxsi fikirləri, təklifləri var. Bəzən bu təklifləri dilə gətirirlər, belə mövzuları çox da ciddiyə almağı ehtiyac bilmirəm”, - o deyib.
Aytəkin Qardaşova
19 İyun 19:43
19 İyun 19:26
19 İyun 18:49
19 İyun 18:43
19 İyun 18:07
19 İyun 17:56
19 İyun 17:44
19 İyun 17:28
19 İyun 17:26
19 İyun 17:14
19 İyun 17:11
19 İyun 16:44
19 İyun 16:41
19 İyun 16:12
19 İyun 16:02
19 İyun 15:42
19 İyun 15:38
19 İyun 15:37
19 İyun 15:26
19 İyun 15:10
19 İyun 15:01
19 İyun 14:56
19 İyun 14:30
19 İyun 14:04
19 İyun 13:54
19 İyun 13:45
19 İyun 13:36
19 İyun 13:08
19 İyun 12:47
19 İyun 12:44
19 İyun 12:37
19 İyun 12:30
19 İyun 12:13
19 İyun 11:54
19 İyun 11:46
19 İyun 11:38
19 İyun 11:31
19 İyun 11:19
19 İyun 11:13
19 İyun 11:09
19 İyun 10:57
19 İyun 10:55
19 İyun 10:44
19 İyun 10:42
19 İyun 10:20
19 İyun 09:55
19 İyun 09:53
19 İyun 09:53
19 İyun 09:41
19 İyun 09:20
19 İyun 09:18
19 İyun 09:15
19 İyun 09:10
19 İyun 08:59
19 İyun 08:59
19 İyun 08:54
19 İyun 08:49
19 İyun 08:42
19 İyun 08:41
19 İyun 08:37
19 İyun 08:30
19 İyun 08:25
19 İyun 08:20
19 İyun 08:15
19 İyun 08:09
19 İyun 08:05
19 İyun 08:05
19 İyun 07:22
19 İyun 07:19
19 İyun 06:59
19 İyun 06:58
19 İyun 06:56
19 İyun 06:53
19 İyun 06:42
19 İyun 00:05
19 İyun 00:02
18 İyun 23:20
18 İyun 22:57
18 İyun 22:39
18 İyun 20:55
18 İyun 20:53
18 İyun 20:49
18 İyun 20:32
18 İyun 20:27
18 İyun 20:18
18 İyun 20:11
18 İyun 20:09
18 İyun 20:07
18 İyun 19:55
18 İyun 19:53
18 İyun 19:18
18 İyun 19:17
18 İyun 18:32
18 İyun 18:29
18 İyun 18:26
18 İyun 18:24
18 İyun 18:22
18 İyun 17:19
18 İyun 17:17
18 İyun 17:11
18 İyun 16:51
18 İyun 16:49
18 İyun 16:43
18 İyun 16:37
18 İyun 16:30
18 İyun 16:24
18 İyun 16:20
18 İyun 16:15
18 İyun 15:35
18 İyun 15:00
18 İyun 14:58
18 İyun 14:56
18 İyun 14:52
18 İyun 14:49
18 İyun 14:40
18 İyun 14:38
18 İyun 14:35
18 İyun 14:28
18 İyun 14:26
18 İyun 14:24
18 İyun 14:21
18 İyun 14:18
18 İyun 13:55
18 İyun 13:42
18 İyun 13:26
18 İyun 13:19
18 İyun 13:09
18 İyun 13:06
18 İyun 13:00
18 İyun 12:49
18 İyun 12:31
18 İyun 12:27
18 İyun 12:18
18 İyun 12:14
18 İyun 12:07
18 İyun 12:05
18 İyun 12:00
18 İyun 11:57
18 İyun 11:39
18 İyun 11:16
18 İyun 10:54
18 İyun 10:47
18 İyun 10:45
18 İyun 10:44
18 İyun 10:43
18 İyun 10:40
18 İyun 10:10
18 İyun 10:05
18 İyun 10:02
18 İyun 09:53
Ən son xəbərləri səhifəmizdən də izləyin