BURADA REKLAMINIZ OLA
BİLƏR

Çeçenstanda toyların keçirilməsinə qoyulan qadağa ləğv olundu

Çeçenistanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa ləğv olunub.

Pravda.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Vkontakte” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

“Müsbət dinamikanı nəzərə alaraq toy mərasimlərinin keçirilməsi üçün sosial məsafə tədbirləri qorunub saxlanılmaqla, mərasim zallarının açılması barədə qərar qəbul etdim”, - deyə Çeçenistan rəhbəri yazıb.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə mart ayının sonlarından Çeçenistanda toy mərasimlərinin keçirilməsi qadağan edilib.APA

Tarix: 8 İyul 2020, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin