BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya "3+3" formatında növbəti görüşlərin Bakı və İrəvanda keçirilməsini istəyir

Rusiya "3+3" regional əməkdaşlıq formatında növbəti görüşlərin Bakı və İrəvanda keçirilməsini istəyir.

 

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, erməni həmkarı ilə görüşdə 3+3 regional əməkdaşlıq formatı müzakirə olunub.

 

Lavrov bu formatda artıq İstanbul və Tehranda XİN başçılarının görüşünün keçirildiyini xatırladıb. Qeyd edib ki, bu formatda üçüncü görüşə hazırlıq gedir: "Tehran və İstanbul görüşlərinin nəticələri 3+3 formatın gələcəyi barədə biz nikbin düşünməyə imkan verir. Biz bu fotmatda üçüncü görüşün harada keçirilə biləcəyi ilə bağlı danışdıq. Hesab edirəm ki, Azərbaycan və Ermənistan bu tədbiri keçirə bilər. Onlar öz aralarında razılaşa bilərlər. Biz buna yardım etməyə hazırıq. Biz istərdik ki, növbəti iki tədbir Ermənistan və Azərbaycan paytaxtlarında keçirilsin"./APA

Tarix: 21 May 2025, 13:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin