Reklam

Uzunömürlülüyün gözlənilməz amili açıqlandı: Fiziki hərəkətlər və düzgün qidalanma deyil

ABŞ-li psixiatr Robert Valdinqer elmi araşdırmalar nəticəsində aşkarlanan uzunömürlülüyün gözlənilməz amilindən danışıb.

 

Bu barədə o, "El Español" nəşrinə müsahibəsində bəhs edib.

 

Valdinqer bildirib ki, uzunömürlülüyü təmin edən əsas amil fiziki hərəkətlər və düzgün qidalanma deyil, sosial əlaqələrdir. Sosial əlaqələr bədənə mənfi təsir göstərən stresi aradan qaldırır.

 

Həkimin sözlərinə görə, uzunömürlülük üçün böyük jestlər etmək vacib deyil. Sadəcə ailə və dostlara qayğı göstərmək kifayətdir. Bu səbəbdən smartfonu bir müddət kənara qoyub yaxınlarla vaxt keçirmək faydalıdır.

 

"Bundan əlavə, darıxdırıcı əlaqələri canlandırmaq üçün ümumi fəaliyyət növləri tapmaq mümkündür", - deyə Robert Valdinqer vurğulayıb./Oxu.az

Tarix: 22 May 2025, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin