BURADA REKLAMINIZ OLA
BİLƏR

Metroda interval azaldıldı

“Bakı Metropoliteni” QSC cari ilin may ayında fəaliyyətində yenilik edib, son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olunub.

 

Bu barədə QSC-dən bildirilib.

 

qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib. Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.

 

Qeyd edək ki, metropoliten xətlərində qatar sayında sonuncu artım 2009-cu ildə olub və o vaxtdan sistem maksimal 30 cüt qatar/saat prinsipi ilə fəaliyyət göstərib. 2025-ci ildə atılan bu addım strateji əhəmiyyət daşıyan irəliləyiş hesab olunur.

Tarix: 22 May 2025, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin