BURADA REKLAMINIZ OLA
BİLƏR

Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edildi

ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsi üçün verilən icazəni dayandırıb.

 

Bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

 

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemin universitetə göndərdiyi məktubda deyilir:

 

"Sizi xəbərdar edirəm ki, Harvard Universitetinin əcnəbi tələbələr və akademik mübadilələr üçün proqram lisenziyası ləğv edilib".

 

Nəşrin mənbələrinin bildirdiyinə görə, bu qərar Harvard Universitetinə qarşı son aylarda aparılan araşdırmanın bir hissəsidir./Oxu.az

 

Tarix: 23 May 2025, 02:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin