BURADA REKLAMINIZ OLA
BİLƏR

Röya ilə Ayaz Salayev arasında Kann qalmaqalı - "Bizdə ictimai savadsızlıq çox yayılıb"

“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılmasına münasibət bildirib. Axşam.az xəbər verir ki, kinorejissor hər kəsin bu festivala qatıla biləcəyini deyib:

 

“Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.

 

A.Salayev Röyanın “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunması haqda isə “Bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur” fikrini əlavə edib.

 

R.Ayxan isə video yayaraq A.Salayevin ünvanına sərt sözlər deyib:

 

“Rəhmətliklər təzədən dirilib. Enerjiyə gəlmisiniz, elə bilirsiniz gəlib mənə çatmır? Ayaz Salayev, sizdən başlayıram: məni gördünüz salamlaşırsınız, özünüzə gəlin. Yaxşı? Öyrəşmişəm ölənləri diriltməyə, amma siz elə ölü qalın. Mən olmuşam, belə getdim… Bəli, birinci mən. Bildin? Ya hamı bir-birini dəstəkləsin, ya da adımı çəkməyin”.

Tarix: 24 May 2025, 19:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin