BURADA REKLAMINIZ OLA
BİLƏR

Moskvada kafe və restoranların fəaliyyəti bərpa olunur: İyulun 25-dən...

Moskva vilayətində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə qapadılmış restoranların, kafelərin, yeməkxanaların, bufetlərin və barların fəaliyyəti bərpa olunur.

 

Pravda.az xəbər verir ki, bu barədə Moskva vilayətinin rəsmi internet saytında yerləşdirilən sənəddə bildirilib.

 

Təsdiq edilmiş sənədin müvafiq paraqrafında qeyd olunub ki, adıçəkilən obyektlər yalnız 25 iyul 2020-ci il tarixindən fəaliyyətə başlaya bilər.APA

Tarix: 8 İyul 2020, 21:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin