BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaz olmayacaq

Mayın 29-30-da Masallı rayonunun bəzi kəndlərində qazın verilişi dayandırılacaq.

 

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu fasilə qaz xətlərində aparılacaq təmir və yeni xəttin qoşulması işləri ilə əlaqədardır.

 

Mayın 29-da saat 10:00-dan başlayaraq Qəzvinoba kəndində aparılan təmir səbəbindən "Tüklə" qazpaylayıcı stansiyasından qidalanan Boradigah qəsəbəsi, Bədəlan, Babaser kəndləri və Türkoba kəndinin bir hissəsində ümumilikdə 2 700 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

 

Mayın 30-da isə Qəriblər kəndində yeni çəkilmiş qaz xəttinin qoşulması səbəbindən Qəriblər, İsilər və Məmmədrzaküçə kəndlərində yaşayan 700 abonent saat 10:00-dan etibarən qazsız qalacaq. Hər iki halda qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Tarix: 27 May 2025, 20:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin