BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcərdə minaya düşən hərbiçi ilə bağlı yeni xəbər

Azərbaycan Ordusunun hərbçisinin Kəlbəcərdə minaya düşməsi faktı üzrə cinayət işi başlanılıb.

 

Bu barədə Pravda.az-a Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan bildirilib.

 

Məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ibtidai istintaq aparılır.

Tarix: 29 May 2025, 17:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin