BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbovun oğlu vəzifəsini itirdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib. Pravda.az Teleqraf-a istinadən xəbər verir ki, o, bundan sonra Azərbaycan Şahmat Federasiyanının (AŞF) İcraiyyə Komitəsində təmsil olunmayacaq.

 

Məsələ AŞF-nin hazırda davam edən Növbəti Konfransında İcraiyyə Komitəsinə seçkilər zamanı rəsmiləşəcək.

 

S.Talıbov daha əvvəl Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası prezidenti vəzifəsindən istefa vermişdi. O, 2021-ci ildən AŞF-nin vitse-prezidenti idi.

 

S.Talıbov İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədlər siyahısında yer almayıb.

Tarix: 2 İyun 2025, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin