Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Transformatorun 211 minlik avadanlığını oğurlayan şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Qafar Bəkirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, protest və şikayət təmin edilməyib.

 

İttihama görə, Qafar Bəkirov 2023-cü illərdə Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində yerləşən 3 saylı transformator məntəqəsinin giriş qapısı üzərində olan asma qıfılı sındırıb içəri qanunsuz daxil olaraq oradan ümumilikdə 221 126,97 manat məbləğində avadanlıq oğurlayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək imkanından məhrum olmuş şəxs kimi onun barəsində tibbi xarakterli məcburi tədbirlər - ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilib. Təqsirləndirilən şəxs sağalmış hesab edilənədək cinayət işi üzrə icraatın dayandırılması, qərarın icrasının Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilməsi qərara alınıb.

 

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş apellyasiya şikayəti vermişdi.

 

Kamal Məmmədov

Tarix: 4 İyun 2025, 09:13   
Xəbər lenti
Çox oxunanlar