BURADA REKLAMINIZ OLA
BİLƏR

QMİ sədri Qurban bayramı namazının vaxtını açıqladı

Builki bayram, AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir.

 

Bu barədə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bayram təbrikində bildirib.

 

Onun sözlərinə görə, şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır.

 

Allahşkür Paşazadə qeyd edib ki, Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən paytaxt Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.

Tarix: 4 İyun 2025, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin