BURADA REKLAMINIZ OLA
BİLƏR

“Crescent Mall” parkinq qiymətlərini qaldırdı

“Crescent Mall” Ticarət Mərkəzi parkinq ödənişlərini artırıb.

 

Pravda.az-ın “PostMedia”ya istinadən məlumatına görə, bu barədə “PASHA Malls” MMC icarəçilərə xəbərdarlıq edib.

 

Belə ki, bu gündən bir dayanacaq yeri üçün aylıq abunə haqqı 250 AZN + ƏDV təşkil edir.

 

İcarəçilər üçün isə 30% endirim təklif edilir.

 

Açıqlamada deyilir ki, təyin edilmiş dayanacaq saatlarından kənar hər saat üçün əlavə ödəniş tələb olunacaq. Ticarət Mərkəzinin standart təyin edilmiş tarifinə uyğun hesablanacaq.

Tarix: 5 İyun 2025, 16:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin