Hərbi jurnalist Rahib Qərib yaşadığı evin yaxınlığında bir qrup naməlum şəxsin hücumuna məruz qalıb.
Hadisə ilə bağlı Baku TV-yə açıqlama verən jurnalist bildirib ki, insidentlə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
"Haradansa çıxdılar və birbaşa üzərimə gəldilər. Yerə yıxıldım, qalxmağa fürsət tapmadım. İki-üç nəfər məni bir-birinə atmağa başladı. Onlardan yalnız birini xatırlayıram, digərləri yadımda deyil. Aldığım zərbələr nəticəsində topuğum çatlayıb, hazırda gipsdədir. Ayağımda da qırıq var. Hələ də dəqiq anlaya bilmirəm ki, bu hadisənin arxasında nə dayanır. Çox gözlənilməz və ağlasığmaz bir vəziyyət idi. Ümid edirəm ki, araşdırmalar nəticəsində həqiqət üzə çıxacaq", - Rahib Qərib bildirib.
Ətraflı süjetdə:
"Boşandığımı bilib zəng etdi, evləndik" - Dünya çempionu niyə 50 yaşında müsəlman oldu? - VİDEO
Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişə təşəkkür edib
Özünü “Qəzetçi” kimi təqdim edən səhifə tərəfindən Azərbaycanla bağlı dezinformasiya xarakterli məlumatların tirajlanması müşahidə olunur - RƏSMİ