BURADA REKLAMINIZ OLA
BİLƏR

Daun sindromu haqqında nə bilirik?

Daun sindromu insanın hüceyrələrində normaldan artıq – üç ədəd 21-ci xromosoma sahib olması ilə xarakterizə olunan genetik bir anomaliyadır. Bu vəziyyətə “Trizomi 21” deyilir.


Pravda.az daun sindromu ilə bağlı məlumatları təqdim edir:


Daun sindromlu uşaqlarda zəif əzələ tonusu, kiçik əl və ayaqlar, əyri göz quruluşu, zehni və sosial bacarıqlarda geri qalma kimi əlamətlər müşahidə olunur. Diaqnoz, hamiləlik dövründə aparılan testlərlə və ya doğuşdan sonra genetik analizlərlə müəyyən edilə bilər.


Səbəblər:
 

Səbəbləri tam dəqiqliklə bilinməsə də, ana yaşının artması əsas risk faktorları arasında göstərilir. 35 yaşdan yuxarı qadınlarda bu risk daha yüksəkdir.


Sağlamlıq problemləri:
 

Daun sindromlu şəxslərdə ürək qüsurları, eşitmə itkisi, tiroid pozğunluqları və infeksiyalara meyillilik kimi problemlər görülə bilər.


Müalicə və dəstək:


Hazırda Daun sindromunun tam müalicəsi yoxdur. Lakin erkən yaşdan göstərilən xüsusi təhsil, psixoloji və sosial dəstək uşağın inkişafını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.


Orta ömür uzunluğu:


Keçmişlə müqayisədə tibbi imkanların artması sayəsində bu gün daun sindromlu şəxslərin orta ömür uzunluğu təxminən 50 il olaraq qeyd olunur.


Əminə Bayramova

Tarix: 11 İyun 2025, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin